İsrail Qəzzada parkda oynayan uşaqları vurub

23:03 16 Aprel 2024

Qəzza Meqazi Qaçqınlar Düşərgəsindəki uşaq meydançasına İsrail döyüş təyyarələrinin hücumu nəticəsində aralarında uşaq və qadınların da olduğu 10 nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 10 nəfər Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasına göndərilib.

Xatırladaq ki, oktyabrın 7-dən İsrailin Qəzza Zolağına etdiyi hücumlarda ən az 14 min 500 uşaq və 9 min 560 qadın olmaqla 33 min 843 fələstinli həlak olub, 76 min 575 nəfər yaralanıb.

Türkan

Sitat.info



Xəbər xətti