Şüvəlanda yanan evdən oğurluq edilib

10:21 17 Aprel 2024

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evlərin birində yanğın baş verib. Nəticədə 150 kvm. sahədə yanar konstruksiyalar yanıb. 

Sitat.info xəbər verir ki, yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 



Xəbər xətti