Ukraynada cəbhə xətti yayda dağılacaq

13:13 17 Aprel 2024

Ukraynanın bir neçə aydır əlində saxladığı cəbhə xətti yayda dağıla bilər.

Sitat.info xəbər verir ki, bunu “Politiko” nəşri ukraynalı yüksək rütbəli zabitlərinə isdinadla yazıb.

Onların sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xətti bu yay Rusiya ordusunun hücumu nəticəsində dağıla bilər. Buna səbəb isə ukraynalı hərbçilərin ruh yüksəkliyini aşağı salan təminatın çatışmazlığıdır.

“Ukrayna ordusunun zabitləri bu yay yeni ərazi itkilərinin qaçılmaz olduğunu etiraf edirlər, yeganə sual onların nə qədər olacağıdır. Rusiya xüsusi hərbi əməliyyatındakı məqsədinə hem vaxt olmadığı qədər yaxındır. Ukrayna isə döyüş meydanında dönüş baş verməsə, indiki forması keçmişdə qalacaq”, - nəşr bildirib.



Xəbər xətti