Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 21-26° olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 18-23° olacaq.