Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi

13:56 17 Aprel 2024

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsini təsdiq edib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb. 

“Rusiyalı sülhməramlılar Qarabağı tərk edir”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə sosial şəbəkələrdə görüntülər yayılmışdı.

 



Xəbər xətti