Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

19:27 17 Aprel 2024

2023-cü ilin sentyabrında Qarabağdakı antiterror əməliyyatından sonra Moskva sülhməramlılarla bağlı bütün məsələləri Bakı ilə həll edib.

Sitat.info xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov bildirib.

O qeyd edib ki, Qarabağın Azərbaycana qayıtmasından sonra Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür:

“Ermənistan Fransa və ABŞ ilə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb. Gündəmdə yeni, Qərbdən asılılığı olmayan logistika zəncirləri (xatırladım ki, bu nəqliyyat zənciri Qərblə münasibətlər yaxşılaşacağı təqdirdə də gərəkli olacaq), birgə qaz layihələri var. Daha bir cəhd isə Cənubi Qafqaz regionunda Qərb təsirinin qarşısının alınmasından ibarətdir”.



Xəbər xətti