HƏMAS: Prezident Ərdoğanın sözlərindən qürur duyduq

22:14 17 Aprel 2024

HƏMAS Hərəkatı prezident Rəcəb Tayyib Ərdoğanın Fələstin xalqını dəstəklədiyinə görə təqdir edib.

Sitat.info xəbər verir ki, bu barədə HƏMAS bəyanatda verib.

"Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Fələstin xalqının azadlığını və torpağını xilas etməsi uğrunda apardığı mübarizəyə görə təşəkkür edirik. Prezident Ərdoğanın cəsarətli bəyanatları və şərəfli mövqeləri qardaş türk xalqının tarixi və bənzərsiz mövqeyini təcəssüm etdirir", deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, Ərdoğan aprelin 20-də Türkiyədə Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə danışıqlar aparacağını açıqlayıb.

Türkan 

Sitat.info



Xəbər xətti