Türkiyədə zəlzələ baş verdi

09:40 18 Aprel 2024

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 9,97 km dərinliyində meydana gəlib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.



Xəbər xətti