Prezident onu nazir müavini təyin etdi

11:41 18 Aprel 2024

Anar Axundov Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub.

Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Axundov 1975-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini "iqtisadçı" ixtisasi üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjası QSC-də başlayıb. Sonradan bir sıra kommersiya banklarında çalışıb.

1999-2004-cü illərdə o vaxtlı Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə Bakı Fond Birjası QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus Azərbaycan İnvestisiya Şirkəti ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə Bank Standart QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib.

2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, 2 övladı var.



Xəbər xətti