Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sitat.info-ya verilən məlumata görə, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.