Almaniya XİN Rusiya səfirinin çağırılmasını təsdiqləyib

20:27 18 Aprel 2024

Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Neçayevi çağırmaq üçün hərəkətə keçdiyini təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Məlumata görə, buna səbəb Almaniya Baş Prokurorluğunun iki nəfəri Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlaması olub.

Onlar bomba, hücumlar təşkil etmək, təxribat aktları həyata keçirmək üçün casusluq etmək habelə təhlükəsizlik təhdidləri yaradan hərbi obyektlərin görüntülərini çəkməkdə şübhəli bilinirlər.

Təxribat aktlarının Almaniyanın Ukraynaya hərbi dəstək göstərmək səylərini sarsıtmaq üçün olduğu iddia edilir.

Türkan

Sitat.info

 



Xəbər xətti