Şimali Koreya Cənubi Koreya sərhədindəki işıqları sökür

21:07 18 Aprel 2024

Şimali Koreya Cənubi Koreya sərhədindəki küçə işıqlarını sökür.

Sitat.info xəbər verir ki, bu barədə “The Korea Herald” qəzeti məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya ordusu Şimali Koreyanın 2004-cü ildə qurulan və sonradan Koreyalararası barışıq prosesi çərçivəsində ləğv edilən Kesonq Sənaye Kompleksindən Kumqanqsan dağına qədər olan yollardakı küçə işıqlarını sökdüyünü müəyyən ediblər.

Şimali Koreya lideri Kim Çen In iddia edib ki, Cənubi Koreya və ABŞ hərbi və strateji aktivlərilə birgə Koreya yarımadasını işğal edəcək.

O, Cənubi Koreya ilə birləşməyin mümkünsüz olduğunu vurğulayıb.

Türkan

Sitat.info

 



Xəbər xətti