ABŞ Fələstinin BMT-yə üzvlüyünə etiraz edəcək

23:35 18 Aprel 2024

ABŞ Dövlət Departamenti, Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləmir.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Vedant Patel deyib.

"Fələstinin dövlətçiliyinə gedən ən sürətli yol ABŞ-ın dəstəyindən keçir. Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını nəzərdə tutan qanun layihəsinə "xeyr" səsi verəcəyik", - deyə o qeyd edib.

O vurğulayıb ki, biz ABŞ-nin dəstəyilə İsraillə Fələstinin sülh istiqamətində danışıqlar aparılacağına inanırıq.

Türkan

Sitat.info



Xəbər xətti