Paşinyan sərhədimizi pozmasın deyə bunu etdi

10:29 19 Aprel 2024

Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxında Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə helikopterlə gəlib.

Sitat.info xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Paşinyan bu əraziyə avtomobillə gəlsəydi, İcəvan-Noyemberyan yolundan keçməli olacaqdı. Bu yolun kiçik bir hissəsi isə məhz Azərbaycana qaytarılmalı olan kəndlərin birindən keçir. Beləliklə, erməni baş nazirin bu addımı Azərbaycan qanunlarını pozmamaq üçün atdığı aydın olub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb. Görüşdə Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərinə toxunub.



Xəbər xətti