Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.
Sitat.info xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb.
2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığı mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı Dövlət Universiteti də Ramil Nəsirovun ölümü ilə bağlı məlumat yayıb.
Bildirilib ki, o, BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi olub:
"Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib. 2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub.
Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi".