İsfahanda heç bir dağıntı yoxdur

12:18 19 Aprel 2024

İran ordusunun generalı Siyavuş Mihandust İsfahanda heç bir dağıntı və bədbəxt hadisənin olmadığını bildirib.

Sitat.info xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Generalın sözlərinə görə, İsfahan vilayətində eşidilən güclü səslər hava hücumundan müdafiə sistemlərinin işə salınması ilə bağlı olub.

Qeyd edək ki, İranın hava hücumundan müdafiə qüvvələri İsfahan səmasında olan üç pilotsuz uçuş aparatını vurub.

Bildirilib ki, pilotsuz uçuş aparatları cümə günü yerli vaxtla təxminən 03:00-da İsfahan üzərində müşahidə edilib. Bundan sonra hava hücumundan müdafiə sistemi işə salınıb və "onları göydə məhv edib".



Xəbər xətti