Rusiya: Qərb Zelenskini məhv etmək qərarına gəlib

12:58 19 Aprel 2024

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Volodimir Zelenskini “yox etməyə qərar verdiyini” iddia edib.

Sitat.info xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağa çalışan bir şəxsin həbsi ilə bağlı qiymətləndirmə edib.

Zelenskinin ciddi çaxnaşma üçün səbəbləri olduğunu iddia edən Medvedev, Polşada Zelenskiyə sui-qəsdin ola biləcəyini müdafiə edib.

“Bu, ola bilsin ki, Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər”, - Medvedev bildirib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti