Ukrayna: Rusiyanın bombardman təyyarəsini vurduq

13:00 19 Aprel 2024

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın "Tu-22M3" tipli bombardmançı təyyarəsini vurduqlarını iddia edib.

Sitat.info xəbər verir ki, Komandanlıqdan verilən yazılı açıqlamada, Rusiya ordusunun gecə saatlarında 22 növ raket və 14 "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

Açıqlamada, hava hücumundan müdafiə qüvvələri tərəfindən 2 ədəd X-101/Х-555 qanadlı raket, 14 PUA, 11 ədəd X-59/Х-69 tipli idarə olunan raket və 2 ədəd X-22 tipli qanadlı raketin məhv edildiyi bildirilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti