Qəzza ekoloji fəlakətlə üz-üzədir

23:31 19 Aprel 2024

Qəzza hökumətinin Media Ofisi iki həftə əvvəl bütün su quyularının tamamilə bağlanması səbəbindən Qəzza zolağının öz vətəndaşlarını təhdid edən ekoloji fəlakətlə üz-üzə qaldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Qəzza hökumətinin Media Ofisinin Teleqram hesabında edilən şərhdə deyilir: “(İsrail) qəddar təcavüzünə başladığından bəri Qəzza zolağında işğalın yaratdığı fəlakətlərə əlavə olaraq vətəndaşları təhdid edən yeni ekoloji fəlakətlə üzləşirik".

“Qəzza bələdiyyəsinin əlində olan və son vaxtlar məhdud miqdarda olan yanacağın tükənməsi səbəbindən şəhərdəki bütün su quyuları iki həftə əvvəl tamamilə bağlanıb”, - deyə qeyd edilən açıqlamada bildirilib ki, hücum başlayandan bəri şəhərdəki yeganə su təmizləyici qurğunun tamamilə dağıdılması səbəbindən həddindən artıq su çatışmazlığı yaranıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti