WSJ: ABŞ İsrailə yenidən hərbi dəstək verməyə hazırlaşır

23:35 19 Aprel 2024

Amerikanın Wall Street Journal qəzeti İsrailə qeyd-şərtsiz dəstəyi ilə tənqid edilən Co Bayden rəhbərliyinin bu ölkəyə təxminən 1,3 milyard dollar dəyərində yeni silah satışına hazırlaşdığını iddia edib.

Sitat.info xəbər verir ki, Amerikanın Wall Street Journal (WSJ) qəzetinin ABŞ rəsmilərinə əsaslanan xəbərində Vaşinqtonun İsrailə hərbi dəstəyini fasiləsiz davam etdirdiyi vurğulanıb.

Xəbərdə Bayden administrasiyasının tank sursatları, hərbi maşınlar və minaatanlardan ibarət ümumi dəyəri 1,3 milyard dollar olan yeni silah satışı paketini təsdiqləməyə hazırlaşdığı bildirilir.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti