Nasser xəstəxanasında 190 cəsəd tapılıb

16:21 21 Aprel 2024

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindən geri çəkildikdən sonra Nasser xəstəxanasından 190 cəsəd çıxarılıb.

Sitat.info xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumata görə, 500 nəfər hələ də itkin düşüb.

Xatırladaq ki, İsrail ordusu Nasser xəstəxanasına hücum vaxtı öldürülən fələstinlilər xəstəxana ətrafında iş maşınlarının açdığı kütləvi məzarlıqlarda basdırılıb. 

Axtarış işləri davam etdirilir.

Türkan

Sitat.info



Xəbər xətti