ABŞ Yəmənə 5 illik yardım müqaviləsi imzalayıb

16:44 21 Aprel 2024

ABŞ Yəmən hökuməti ilə 5 illik yardım müqaviləsi imzalayıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-nin Yəməndəki səfiri bəyanat yayıb.

"Saziş Yəməndə iqtisadi artımı sürətləndirmək, su, səhiyyə və təhsil xidmətlərinə çıxışı yaxşılaşdırmaq o cümlədən idarəçiliyi gücləndirmək üçün USAID tərəfindən verilən inkişaf yardımını əhatə edir",- deyə bəyanatda qeyd olunur.

Türkan

Sitat.info



Xəbər xətti