Yaponiyanın özünümüdafiə qüvvələrinə məxsus iki hərbi helikopteri Sakit okeanda təlim zamanı qəzaya uğrayıb.
Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 7 nəfər İtkin düşüb. Onların axtarışları davam etdirilir.
Yaponiya Müdafiə naziri Minoru Kihara bildirib ki, qəza səbəbinin helikopterlərin bir-biri ilə toqquşması olduğu düşünülür.
Türkan
Sitat.info