Meksikada 5.4 bal gücündə zəlzələ

09:59 22 Aprel 2024

Meksika sahillərində 5,4 maqnitudalı zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Mansanilo şəhərindən 168 kilometr cənubda, 10 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.



Xəbər xətti