789-cu gün: Rusiyanın itkiləri yeniləndi

10:21 22 Aprel 2024

Ukrayna müharibənin 789-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 460 260 hərbçi, 7 236 ədəd tank, 13 904 ədəd zirehli döyüş maşını, 11 736 ədəd artilleriya sistemi, 1 046 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 768 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 812 ədəd avtomobil texnikası, 9 384 ədəd PUA, 2 117 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 934 xüsusi avadanlıq itirib.

 



Xəbər xətti