Kobaxidze Macarıstana gedir

12:18 22 Aprel 2024

Gürcüstanın baş naziri İrakli Kobaxidze aprelin 24-25-də Macarıstana səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin saytında dərc olunan məlumatda deyilir.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə xarici işlər naziri İlya Darçiaşvili və administrasiya rəhbəri Levan Joliani də daxildir.



Xəbər xətti