İranda 10 nəfər edam edildi

13:24 22 Aprel 2024

İranın Təbriz, Kərəc, Kirman və Çabahar şəhərlərinin həbsxanalarında 10 məhkum edam edilib.

Sitat.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, edam edilənlərin doqquzu narkotik maddələrin alverində günahlandırılıb.

Təbriz həbsxanasında edam edilən 33 yaşlı Əfqanıstan vətəndaşı Vəliullah Bəxtavərin isə adam öldürməkdə ittiham olunduğu qeyd olunub.



Xəbər xətti