Bakı metrosunda boru zədələnib, su stansiya yoluna sızıb

14:16 22 Aprel 2024

"Həzi Aslanov" stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib. Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb.

Bu barədə Sitat.info-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd edilir ki, suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib.

"Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib. Qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub", - məlumatda bildirilir.

Qeyd edək ki, “Bakı Metropoliteni”nin Həzi Aslanov stansiyasında qatar xətlərinin üzərinə su axması ilə bağlı görüntülər yayılmışdı.



Xəbər xətti