Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır - Peskov

14:17 22 Aprel 2024

"Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır, bu münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfdən siyasi iradə var".

Sitat.info xəbnər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu sözləri deyib. 

“Azərbaycan böyük qonşu, dost, tərəfdaş və müttəfiqdir. Bizim çoxlu ümumi maraqlarımız, əməkdaşlıq üçün böyük potensialımız, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hərtərəfli davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”,  - deyə Peskov jurnalistlərin sualına cavab olaraq əlavə edib.

Nərgiz,

Sitat.info



Xəbər xətti