Ağdərədə odlu silahlar aşkar edilib

15:45 22 Aprel 2024

Ağdərədə odlu silahlar aşkar edilib

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları Ağdərə şəhər ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.

Araşdırma aparılır.



Xəbər xətti