Rusiya və Azərbaycan prezidentləri ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı əsas məsələləri nəzərdən keçirəcək və cari regional problemlər ətrafında ətraflı fikir mübadiləsi aparacaqlar.
Kremldə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşü başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Daha öncə Kremldən məlumat verilmişdi ki, dövlət başçıları Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirəcək və aktual regional problemlər ətrafında hərtərəfli fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Putinlə Əliyev arasında öncəki təkbətək görüş ötən ilin oktyabrında MDB-nin Bişkek sammiti çərçivəsində baş tutub. Hazırkı danışıqlar Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının başa çatması fonunda baş tutacaq. Aprelin 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının bu bölgədən çıxarılmasına başlandığını təsdiqləyib.
TASS yazır ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrından Qarabağda idilər: " 2023-cü ilin sentyabrında Qarabağda vəziyyətin növbəti gərginləşməsindən sonra bölgə tamamilə rəsmi Bakının nəzarətinə keçdi və tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən onun mövcudluğuna son qoyan fərman imzaladı".
Səid,
Sitat.info