Fələstin Ərəb Liqasına növbədənkənar iclas çağırışı etdi

20:38 22 Aprel 2024

Fələstin Qəzza zolağında Fələstin xalqına qarşı “soyqırım cinayətlərini” müzakirə etmək üçün Ərəb Liqasını təcili toplaşmağa çağırıb.

Sitat.info xəbər verir ki, Fələstinin Ərəb Liqasındakı daimi nümayəndəsi səfir Mühənnad əl-Aqluk Fələstinin rəsmi agentliyi WAFA-ya verdiyi açıqlamada Ramallah rəhbərliyinin Ərəb Liqasının ən qısa zamanda fövqəladə iclasının keçirilməsini tələb etdiyini bildirib.

Görüşün daimi nümayəndələr səviyyəsində keçirilməsi tələb olunduğunu bildirən Aqluk, Qəzza zolağında Fələstin xalqına qarşı davam edən soyqırım cinayətlərinin həlli üçün fövqəladə toplantı çağırıldığını bildirib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti