Kremlin sözçüsü Dmitri Peskov, ABŞ-ın dondurulmuş Rusiya aktivlərini Ukraynanın xeyrinə istifadə etmə qərarının "mənfi, təhlükəli və qanunsuz" olduğunu ifadə edərək deyib: "Bu, iqtisadi sistemin bütün əsaslarının məhv edilməsindən başqa bir şey deyil. Bu, ictimai mülkiyyətə və xüsusi mülkiyyətə zərər verməyə cəhddir”.
Sitat.info xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.
Polşa prezidenti Anjey Dudanın “Amerika nüvə silahlarını ölkəsində yerləşdirməyə hazırdırlar” ifadəsi ilə bağlı sualı cavablandıran Peskov deyin: “Bu plan reallaşarsa, rus əsgərləri vəziyyəti təhlil edərək təhlükəsizliyimizi təmin etmək üçün lazımi addımları atacaqlar".
Kənan Yusif
Sitat.info