ÜST: Qəzzanın səhiyyə sisteminə 430-dan çox hücum edilib

22:46 22 Aprel 2024

2023-cü ilin oktyabrından indiyədək Qəzzadakı səhiyyə sisteminə 430-dan çox hücum edilib.

Sitat.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, hücumlar nəticəsində 722 nəfər ölüb, 924 nəfər yaralanıb. 

Əlavə olaraq bildirilib ki, Qəzzada 36 xəstəxanadan yalnız 11-i qismən fəaliyyət göstərir, 25-i isə tamamilə yararsız vəziyyətdədir.

Türkan 

Sitat.info



Xəbər xətti