BMT: Qəzzada kütləvi məzarlıqlar araşdırılmalıdır

22:59 22 Aprel 2024

Qəzzada kütləvi məzarlıqlarla bağlı xəbərlər çox narahatlıq doğurur. Məzarların yerləşdiyi ərazilərdə hərtərəfli və müstəqil araşdırma aparılmalıdır.

Sitat.info xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik deyib.

Düjarrik qeyd edib ki, yenidən humanitar yardım işçilərinə daha çox çıxış təmin edilməli, xəstəxanalar qorunmalı və əsirlər azad edilməlidir. Buna gedən yol isə sülhdən keçir.

Xatırladaq ki, İsrail ordusu 4 aylıq torpaq işğalından sonra aprelin 7-də Xan Yunisdən geri çəkilib.

Türkan

Sitat.info



Xəbər xətti