ABŞ qüvvələri pilotsuz təyyarə ilə hücuma məruz qalıb

23:09 22 Aprel 2024

ABŞ qüvvələri pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ məlumat yayıb.

Məlumata görə, hər hansı dağıntı və ya itki baş verməyib. Bu hücum son 24 saatda bölgədəki ABŞ qüvvələrinə ikinci PUA hücumu olub.

Qeyd edək ki, hücum edənlərin İranın dəstəklədiyi şiə silahlı qruplaşmaların olduğu düşünülür.

Türkan

Sitat.info



Xəbər xətti