Türkiyədə zəlzələ baş verib

14:27 23 Aprel 2024

Türkiyənin Adana vilayətində yenidən zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Saimbeyli rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 10.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.



Xəbər xətti