Çində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı 4 nəfər həyatını itirib. İtkin düşən 10 nəfərin axtarışlarının davam etdiyi açıqlanıb, təxliyə edilənlərin sayı 110 minə çatıb.
Sitat.info xəbər verir ki, ötən həftədən bəri ölkənin cənub bölgələrində, xüsusən də Çinin Quandun əyalətində təsirli olan güclü yağışlar daha da şiddətlənib.
Yerli hakimiyyət orqanları 3-ü Zhaoqin şəhərində və 1-i Şaoquan şəhərində sel və torpaq sürüşmələri nəticəsində azı 4 nəfərin həyatını itirdiyini açıqlayıb və Şaoquan və Qingyuan şəhərlərində itkin kimi qeydə alınan 10 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.
Kənan Yusif
Sitat.info