3000-dən çox alman əsgərinin iştirak etdiyi təlimlər başlayıb

23:06 23 Aprel 2024

Almaniya Silahlı Qüvvələri (Bundesver) Litvada “Grand Quadriga 2024” irimiqyaslı hərbi təlimlərə başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə LRT yayım şirkəti məlumat yayıb.

Məlumata görə, 3000-dən çox alman hərbçisi, Leopard tankları, zirehli transportyorlarla birgə 200 hərbi texnikanın olacağı təlimdə Litva qüvvələri də iştirak edəcək.

Təlim mayın sonunadək Vilnüs və Kazlu Ruda yaxınlığındakı hərbi ərazilərdə keçiriləcək. Qoşunlar birgə əməliyyatların planlaşdırılması və dəstək fəaliyyətləri üzrə məşq edəcəklər.

Türkan

Sitat.info



Xəbər xətti