Böyük Britaniya müdafiə xərclərini artıracaq

23:32 23 Aprel 2024

Böyük Britaniya 2030-cu ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2,5 faizinə çatdıracaq.

Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rishi Sunak deyib.

O, Rusiya, Şimali Koreya və Çinin Böyük Britaniya üçün təhdid yaratdığını bildirib.

“Biz müharibənin astanasında deyilik və bunu istəmirik. Lakin bu vəziyyət İngiltərə, eləcə də Avropa və dünyada insanların həyatı üçün birbaşa təhlükə yaradır. Bu təhdidlərin qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir",- deyə o qeyd edib.

Türkan

Sitat.info



Xəbər xətti