Tunis sahillərində 19 miqrantın cəsədi tapılıb

23:39 23 Aprel 2024

Tunisin cənub sahillərində qeyri-qanuni miqrasiya edən vaxt qayığı çevrilən 19 miqrantın cəsədi tapılıb.

Sitat.info xəbər verir ki, bu barədə Tunis Milli Qvardiyasının Baş Administrasiyası məlumat yayıb.

"Sfax Dəniz Mühafizəsinin qayıqları batmış miqrantları axtararkən 19 miqrantın cəsədini tapıb. Son 24 saat ərzində axtarış-xilasetmə işləri intensiv şəkildə davam etdirilir",- deyə məlumatda qeyd olunur.

Bundan başqa sərhədi qanunsuz keçən 5 nəfərin saxlanıldığı bildirilib.

Türkan

Sitat.info

​​​​​​



Xəbər xətti