Rekord müddətə koronavirus daşıyan insanda yeni variant ortaya çıxıb

10:08 24 Aprel 2024

Alimlər COVID-19 infeksiyasının ən uzun müddətdir bilinən daşıyıcısı olan insanda yeni variantın formalaşdığını açıqlayıblar.

Sitat.info xəbər verir ki, Hollandiyanın Amsterdam Universitetinin Tibb Mərkəzində yoluxucu xəstəliklər üzrə mütəxəssislər tərəfindən verilən məlumata görə, 72 yaşlı kişi 613 gün ərzində bədənində COVID-19 virusu daşıyıb.

Artıq həyatda olmayan xəstənin immuniteti zəif olub və dəfələrlə aldığı peyvəndlər onu qoruya bilməyib. 

Mütəxəssislərin fikrincə, koronavirusun orqanizmdə qalma müddəti o qədər uzun olub ki, virus immunitetdən yayınan yeni virusa çevrilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti