Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.
Sitat.info xəbər verir ki, nazir Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında iştirak edəcək.
Qeyd edək ki, ötən ilin fevral ayının 17-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.