Türkiyə İnkişaf Yolu Layihəsi və Zəngəzur dəhlizi çərçivəsində planlaşdırılan avtomobil və dəmir yolları üçün işlərə başlayıb.
Sitat.info Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Avtomobil Yolları Baş Müdirliyinin (KGM) 74-cü region müdirləri yığıncağının açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə Mərkəzi Asiya arasında yeni əlaqələr yaranacaq.
“Artıq işlərə başlamışıq. Türkiyə beynəlxalq nəqliyyat sisteminə inteqrasiyaya üstünlük verir", - nazir qeyd edib.