Bayden 95 milyard dollarlıq Ukrayna-İsrail yardım paketini imzalayıb

23:40 24 Aprel 2024

ABŞ prezidenti Co Bayden 61 milyard dolları Ukraynaya, 26 milyard dolları isə İsrailə hərbi yardım daxil olmaqla 95 milyard dollarlıq xarici yardım paketini imzalayıb.

Sitat.info xəbər verir ki, Ağ Evdə təşkil edilən mətbuat konfransında ABŞ prezidenti Bayden Konqresdəpaketi imzalayaraq dərhal Ukraynaya yardım göndərməyə başlayacaqlarını bildirib.

Bayden Amerikanın müttəfiqləri qədər güclü olduğunu və sözügedən xarici yardım paketi ilə Ukrayna, İsrail və Hind-Sakit Okean bölgəsinə (Tayvan) əhəmiyyətli yardım göndərəcəklərini bildirib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti