ABŞ hərbçilərini Nigerdən çıxarır

09:58 25 Aprel 2024

ABŞ və Niger nümayəndələri bu gün Niameydə görüşəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Onun sözlərinə görə, görüşün mövzusu Amerika qüvvələrinin Afrika ölkəsindən çıxarılması olacaq.

Görüşdə Amerika tərəfini ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitzibbon və Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil edəcək.



Xəbər xətti