Avropanın ən işlək hava limanı seçilib

10:14 25 Aprel 2024

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı seçilib.

Sitat.info xəbər verir ki, bu barədə “Turkic World” məlumat yayıb.

Bildirilib ki, İstanbul Hava Limanı 8-14 aprel tarixləri arasında gündə orta hesabla 1 428 uçuşla Avropanın ən işlək hava limanı kimi qeydə alınıb.

Qeyd edək ki, sözügedən hava limanı ötən il sıxlıq baxımından dünyanın ən işlək 10 hava limanından biri olub.



Xəbər xətti