Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

16:00 25 Aprel 2024

Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazisinin bir santimetrinə, bir millimetrinə də göz dikməyib, işğal etməyib. 10 noyabr 2020-ci ildən 20 sentyabr 2023-cü ilə qədər Ordumuzun qüdrəti və İlham Əliyevin müstəsna siyasi iradəsi ilə əldə edilən hərbi-siyasi qələbələrin hamısı – təkrar edirəm, HAMISI yalnız və yalnız beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərinin bərpası üçündür.

Və bütün bu qələbələrdən sonra hələ də işğalda qalan torpaqlarımız var – Qazaxın anklav olmayan 4, anklav olan 3 və Naxçıvanın 1 kəndi.

Nəhayət, Azərbaycanın hərbi qüdrəti və siyasi israrı, birmənalı mövqeyi səbəbindən İLK DƏFƏDİR ki, İrəvan işğalda saxladığı kəndi "könüllü" qaytarmağa razılaşıb.

Ardınca başlayan həyasızlığı görürsünüzmü? Erməni sakinlər yollar bağlayır, aksiyalar keçirirlər...

O aksiyalara diqqət edin: deputatından sıravi ermənisinə qədər hamısı aktyordur – deputatı guya dartışmadan “halı pisləşib”, özünü uzadıb yerə, yelpiklənir; digər aktyor ümumiyyətlə utancdır – uzanıb, ayaqlarını epilepsiya xəstəsi kimi titrədir, polis başını qaldıranda isə “dirilir” (Videonu yazının sonunda təqdim edirik).

Ay... erməni, o cür titrədən “halı pisləşmiş” mütrübün başını tutanda – sözün hər mənasında - o cür ayağa qalxa bilməz – bu qədər şərəfsizlik, yalan, riya, şüvənlik olmaz yəni!

Ermənilərin bu həyasızlığını görəndə heyrət etməyə bilmirsən!

Bu xalq mahiyyət etibarilə işğalçıdır; bu xalq təbiət etibarilə oğrudur və oğurladığını qaytarmamaq üçün, işğalı davam etdirmək üçün bütün şüvənlikləri törədir.

Prezident İlham Əliyevin 23 apreldə ADA-da keçirilən forumda səsləndirdiyi sözlərin hər biri tarixdir, hər biri həqiqətin ən çılpaq ifadəsidir: Adam heç vaxt heç kimi aldatmadı, yalan demədi, riyakarlıq etmədi – bir sifəti var, çünki Türk oğlu Türkdür!

4 kəndin qaytarılması barədə danışarkən, bunu Paşinyanın “xidmətinə” yazmaq cəhdlərinə qarşı açıq şəkildə çıxdı, Paşinyanın da mahiyyətcə işğalçılardan fərqlənmədiyini, indiki konstruktivliyə, sadəcə, məcbur edildiyini həm də bu sözlərlə izah etdi: “Onlar, yəni, Ermənistanı nəzərdə tuturam, normal qonşu olmağı öyrənməli, qonşularına qarşı ərazi iddialarına son qoymalıdırlar. Biz bəzi müsbət tendensiyaları görürük. Lakin bu, kifayət deyil. Bu, yalnız sözlərdir və biz onların fikirlərini necə dəyişdirə biləcəyini bilirik. 2019-cu ildə deyirdilər ki, “Qarabağ Ermənistandır” və bu, müharibənin başlanmasına təkan verdi”...

İlham Əliyev təsadüfən demədi ki, beş ildən sonra ölümcül silahlarla təmin olunanda “Qarabağ Ermənistandır” deməyəcəklərinə zəmanət yoxdur. Prezident bu xalqı, onun liderlərini yaxşı, həm də dərindən tanıyır...

Ermənistanın indi 4 kəndi “müharibəsiz” qaytarmasının səbəbi də budur: Azərbaycan Ordusu, Ali Baş Komandan möhtəşəmdir, Azərbaycanın dünyada mövqeyi güclüdür! Bununla belə, yenə də işğaldan əl çəkmirlər, bizim olanı verməmək üçün mütrüblük edir, prosesi uzatmağa cəhd göstərirlər.

Paşinyanın o aksiya keçirənlərlə gizli ittifaqda olduğunu qətiyyən istisna etmək olmaz. Paşinyan Sərkisyandan daha şovinistdir – sadəcə, indiki reallıqlarla barışmağa məcbur edilib, vəssalam!

Paşinyan guya demokratmış: işğal edilən kəndlərin geri qaytarılmasını “təşviq etmək” məqsədilə Tavuşa səfərlər etdi, izahat işləri apardı və s.

Görüntü yaradır, guya bu razıdır, ancaq xalq özünü yerə çırpır, xalqın epilepsiyası tutur, titrədir, inad edir və s.

Harasıdır demokrat? “Fridom Haus” son bir ayda Ermənistanda insan haqlarının pisləşməsi ilə bağlı ikinci bəyanatını yaydı – türmədə aclıq edib ölən müxalif siyasətçidən tutmuş siyasi korrupsiyaya qədər, bu ölkədə hər rüsvayçılıq var. Yalnız işğaldakı əraziləri qaytarmağa gələndə “xalqla təmas”, ”müzakirə” başlayır?

Bu, Paşinyanın oyunudur, tülkülükdür, növbəti 4 anklavı heç cür qaytarmamaq üçün plandır, işğalda saxladıqları ərazilərdən geri çəkilməmək hiyləsidir, kəndlər qaytarılarkən, heç olmasa, bir metr də olsa, bir parça, bir ovuc da olsa, torpağımızı özlərində saxlamaq çabasıdır.

Epilepsiyaları tutur? Titrədirlər? Özlərini yerə çırpırlar?

Nə olar – onların əlacını DTX, XTQ əla bilir – gəlib, iynələrini vurarlar, onlar da “sağalar”.

Ona görə heç nəyi gözləməyə ehtiyac yoxdur: Ordumuz girməlidir, Bayrağımızı da Ordumuz ucaltmalıdır. Onda görək Əsgərimizin boyu görünəndə xaricə qaçmaq üçün təyyarə təkərindən yapışan erməni özünü yerə sürtməyə cəsarət edəcəkmi?

Başda Paşinyandan Sərkisyanına, Köçəryanına, Petrosyanına qədər, bütün ermənilərin anladığı bir dil var – Dəmir Yumruq!

Bu əbləh tamaşaya son qoymağın yolu Dəmir Yumruqdur!

 



Xəbər xətti