Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə yüksəlib

20:40 25 Aprel 2024

İsrail ordusu Qəzza zolağına quru işğalına başladığı 27 oktyabrdan bu yana 327-si ağır olmaqla yaralanan əsgərlərin sayının 1584-ə yüksəldiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, İsrail ordusunun dərc etdiyi hesabatda keçən il oktyabrın 27-də başlayan quru əməliyyatından bu yana 1584 əsgərin yaralandığı qeyd edilib. 

Yaralılardan 321-nin vəziyyətinin ağır olduğu vurğulanan hesabatda 24-ü ağır olan 247 əsgərin xəstəxanalarda müalicəsinin davam etdiyi vurğulanıb.

Eyni hesabatda Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 260-nın quru işğalı prosesində olmaqla 604 əsgərin həlak olduğu bildirilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti