Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

09:04 26 Aprel 2024

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Sitat.info xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 783 ailənin, yəni 2979 nəfərin daimi məskunlaşması təmin edilib.



Xəbər xətti